“Facebook” evlərin tikintisi üçün 1 milyard dollar vəsait ayırıb - SƏBƏB  | Banco.az

“Facebook” evlərin tikintisi üçün 1 milyard dollar vəsait ayırıb - SƏBƏB 

“Facebook” Kaliforniya ştatında mənzil əlyetərliyi problemini həll etmək üçün 1 milyard dollar vəsait ayırıb. Şirkətdən bildiriblər ki, ştatın rəhbərliyi bu böhranın öhdəsindən təkbaşına gələ bilmir. Digər nəhəng IT şirkətlər kimi “Facebook”un da baş ofisi Kaliforniyada yerləşir. Yüksək maaşlı mütəxəssislər ştata köçür və buna görə də mənzil qiymətləri artır. Nəticədə aşağı gəlirli ailələr bir sıra çətinliklər yaşayır. 

Həmçinin oxu: Dünyanın ən gözəl körfəzi yerləşən ada SATILIR 

“Facebook”un investisiyaları 20 min evin inşaatına istiqamətlənib. Bu evlər “həyati əhəmiyyət kəsb edən işçilər” — müəllimlər, tibb bacıları və təcili yardım işçiləri üçün nəzərdə tutulub. 

Başqa şirkətlərin də “Facebook”a qoşulması zəruridir. Ancaq dövlət və özəl sektorun əməkdaşlığı və xeyriyyəçilik tədbirləri vasitəsilə qiymət böhranı vəziyyətindən çıxmaq olar. 

Əlyetər mənzil problemi sadəcə aztəminatlı ailələrə deyil, orta sinfə də toxunur. Şirkətdən açıqlayıblar ki, San-Fransiskoda illik gəliri 100 min dollardan yuxarı olan dörd nəfərlik ailə aztəminatlı sayılır. 

Həmçinin oxu: Əməkdaşlarına ən çox qayğı göstərən şirkətlər

Gələcək 10 il ərzində də “Facebook” Kaliforniya ştatında mənzil tikintisinə 1 milyard dollar vəsait ayırmağı planlaşdırır: 

Ən sərfəli kredit üçün müraciət et

250 milyon dollar müxtəlif gəlir səviyyəsinə aid insanlar üçün yaşayış komplekslərinin tikintisinə sərf olunacaq. Qeyd edilən yaşayış kompleksləri dövlətə məxsus boş torpaq sahələrində inşa ediləcək. 

Həmçinin oxu: "Facebook" onluqdakı yerini itirdi

150 milyon dollar əlyetər mənzillərin inşaatına ayrılacaq. San-Fransisko körfəzi rayonunda məskunlaşmış evsizlər də yaşayış sahəsi ilə təmin olunacaq. 225 milyon dollar şirkətin baş ofisinin yerləşdiyi Menlo Parkda “Facebook”a məxsus torpaq sahələrində tikiləcək mənzillər üçün ayrılıb. Müxtəlif gəlir səviyyəsində olan insanlar üçün 1,5 mindən çox mənzil tikiləcək. 25 milyon dollar San-Mateo və Santa-Klara məktəb rayonlarının müəllimləri və digər mütəxəssislərin mənzil problemini həll etməyə yönəldilib. Və nəhayət, əlavə öhdəliklər üçün 350 milyon dollar nəzərdə tutulub. 

Həmçinin oxu: Mark Benioff yeni kapitalizm formasını təklif edib

2019-cu ilin iyun ayında “Google” açıqlayıb ki, San-Fransiskoda mənzil tikintisinə 1 milyard vəsait yatıracaq. 750 milyon dolları 15 min evin tikintisinə, 250 milyon dolları isə inkişaf etdiricilər (developer) üçün investisiya fondunun yaradılmasına sərf edəcək. Onlar isə öz növbəsində 5 min əlverişli mənzil inşa edəcəklər. 

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et