Facebook-da yenilik | Banco.az

Facebook-da yenilik

Böyük sosial şəbəkə olan Facebook, rekord sayda sahib olduğu istifadəçilərin təhlükəsizliyi üçün yeni addımlar atır. Təhlükəsizlik parametrlərini daha da başa düşülən hala gətirmək üçün çalışan Facebook səlahiyyətliləri, dünən təşkil etdikləri yığıncaqda təhlükəsizlik baxımından əhəmiyyətli addımlar atıldığını bildiriblər.

Buna görə Facebook, paylaşım edərkən onsuz da xüsusi, dostlar və hər kəsə açıq variantlarından birini seçmə haqqı olan istifadəçilərə, bir az daha aydınlıq gətirərək kimlərin istifadə edə biləcəyini göstərən bir xəbərdarlıq təqdim edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı istifadəçilər paylaşım edərkən 'Bölüşdüyünüz mövzunu kimlərlə paylaşdığınızı bilirsinizmi?' deyə bir xatırlatma qutusu meydana çıxacaq. Qutuda olan yönləndirilməsi sayəsində istifadəçilər gizlilik parametrlərinə gedib paylaşmaq istədiyi variantı seçə biləcək.

Yeni nizama görə artıq örtük şəklinizi(cover photo) da istədiyiniz şəkildə gizləyə biləcəksiniz.

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et