Facebook bu tarixdən etibarən "Xidmət Şərtləri"-ni dəyişəcək | Banco.az

Facebook bu tarixdən etibarən "Xidmət Şərtləri"-ni dəyişəcək

Tamara Mustafayeva, Banco.az

Sosial media nəhəngi oktyabr ayından etibarən "Xidmət Şərtləri"-ni yeniləcəyini elan edib.

Məlum olduğu kimi, Facebook müəyyən müddət aralıqları ilə müntəzəm olaraq xidmət şərtlərini yeniləyir. Şirkətdən mövzu ilə bağlı yeni açıqlama edilib. Belə ki, 1 oktyabr tarixindən etibarən "Xidmət Şərtləri" adlı mətndə bəzi dəyişikliklər ediləcək. Bu dəyişikliklər arasında zərurət yarandığı təqdirdə istifadəçilərin yayımladıqları məzmunun silinməsinə dair maddələr diqqət çəkir.

Sosial media nəhəngi mövzu ilə bağlı aşağıdakı açıqlamanı edib:

""İcma Standartları"-mız başda olmaqla "Qayda və Prinsiplərimiz"-i açıq-aşkar, qətiyyətlə və müntəzəm olaraq pozduğunuzu müəyyən etdiyimiz təqdirdə profillərinizi qısa müddətli və ya daimi olaraq bağlaya bilərik. Digər şəxslərin əqli mülkiyyət hüququnu müntəzəm olaraq pozduğunuz təqdirdə və ya hüququ proseduraların tələbinə uyğun olaraq profillərinizi qısa müddətli və ya daimi olaraq bağlaya bilərik."

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Facebook Lite artıq iOS cihazlarda dəstəklənməyəcək

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et