Banco.az saytı 2014-cü ilin nəticələrinə görə maliyyə təşkilatları arasından İlin Ən Yaxşılarını seçib. Hər il olduğu kimi bu il də, portalımızda səsvermə 8 nominasiya üzrə keçirilib. Nominasiyalardan biri də İlin Bank Reklamıdır.
İl ərzində bir sıra reklam çarxları, reklam materialları ilə tanış olduq və bir çoxları bizim diqqətimizi və marağımızı cəlb etdi. Bu il ən yaxşı Bank Reklamı nominasiyası üzrə ExpressBank qalib oldu. O, "Nağd Pul Krediti" Reklamına görə namizədlər arasında 1728 səs toplayaraq, 32%-lə birincilik qazandı.
Saytımızın təsisçi-direktoru Fərid İslamov tərəfindən mükafat bankın Biznesin İnkishafi Departamentinin direktoru Kamran Heydərova təqdim olunub.
Müştərilər Expressbank filiallarına müraciət etməklə, manatla kredit rəsmiləşdirə bilərlər. Kreditin məbləği 10000 AZN-dək, maksimal müddəti isə 36 ay ola bilər.
indi isə ilin ən yaxşı reklamını diqqətinizə çatdırırıq.