Expressbank "Fintex Finance və Technology Summit 2022" maliyyə tədbirində mükafatla təltif edildi | Banco.az

Expressbank "Fintex Finance və Technology Summit 2022" maliyyə tədbirində mükafatla təltif edildi

16-17 iyun tarixlərində "Azərbaycan Banklar Assosiasiyası", "Azərbaycan Fintech Assosiasiyası" və "VISA" tərəfindən təşkil edilən "Fintex Finance və Technology Summit 2022" tədbiri təşkil edilmişdir. 

"Bank və Maliyyə Ekosistemində Yeni Trendlər, İnnovativ Həllər, FinTech və Təhlükəsizlik" mövzusunda təşkil edilən tədbirdə bir çox yerli və beynəlxalq maliyyə qurumlarının rəhbərləri, menecerləri və müxtəlif səlahiyyətli əməkdaşları bir araya gələrək maliyyə və bank sektorunda baş verən ən son innovativ həlləri, təkmilləşdirilmiş  maliyyə istiqamətləri, maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosistemlərində yeni və gələcək tendensiyalar sahəsində fikir və təcrübə mübadiləsi aparıblar.

Hər il keçirilən maliyyə-bank sahəsinə aid olan regionun ən əlamətdar "Fintex Finance və Technology Summit 2022" tədbirində "Expressbank" uğurlu əməkdaşlığına və dəstəyinə görə nominasiya ilə təltif edilmişdir.

"Expressbank" müasir dünyada baş verən texnoloji və innovativ yenilikləri operativ tətbiq edən, bu yenilikləri müştərilərinin ehtiyaclarına uyğunlaşdırmağı istiqamət seçən aparıcı banklardan biridir və bu sahədə daim inkişaf etməyə davam edəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et