Expressbank VISA kart istifadəçiləri üçün keçirilən "Şans Ekspressi" lotereyasının IV rübü üzrə ilk tirajının qalibləri təsadüfi seçimlə müəyyənləşib. Qaliblərin seçimi bankın rəsmi sosial media hesablarının canlı yayımında baş tutub.
Belə ki, bu tirajda da 18 şanslı VISA kart istifadəçisi qalib olub və 3 ədəd "IPhone 16", 5 ədəd "Apple Watch 10" və 10 ədəd "Apple AirPods 4 ANC" qazanıblar.
Qaliblərimiz: https://bit.ly/4k3Fuf0
Lotereya davam edir!
"Şans Ekspressi" lotereyası 31.03.2025-ci il tarixinə qədər davam edəcək və təsadüfi yolla seçilmiş şanslı Expressbank Visa kart istifadəçiləri qalib olacaq. SON 2 tiraj üzrə 1 ədəd Volkswagen markalı elektrikli avtomobil, iPhone 16, Apple Watch 10 və AirPods 4 hədiyyələri öz qaliblərinə çatacaq.
Lotereyada necə iştirak etmək olar?
Lotereyada iştirak üçün alış-veriş zamanı ödənişlərinizi Expressbank VISA kartları ilə edərək hər 10 AZN ödənişdə şanslar qazana bilərsiniz. Lotereyada bütün valyutalar üzrə həm debet, həm də kredit kartları iştirak edə bilər.
Bir əməliyyat üçün hesablanan şans sayları kartın növünə görə 1 qat, 2 qat və 3 qat ola bilər. Lotereyada şans qazanmaq limitsizdir.
Expresso VISA kartlarını www.expressbank.az saytından, Express24 tətbiqindən və ya bankın filiallarından sifariş edə bilərsiniz.
Lotereya haqqında ətraflı məlumat almaq üçün linkə keçid edin.
Expressbank – İşiniz rahat getsin!