İcazə verilən vaxt ərzində sakinlər Bakı ətrafında hərəkət edə bilərlər | Banco.az

İcazə verilən vaxt ərzində sakinlər Bakı ətrafında hərəkət edə bilərlər

Vətəndaşlar icazə üçün müəyyən olunmuş müddət ərzində Bakı şəhərinin istənilən ərazisində hərəkət etməklə öz işlərini görə bilərlər.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov məlumat verib.

Ən sərfəli kredit üçün müraciət et

“Burada söhbət ondan getmir ki, Yasamal rayonunda yaşayan vətəndaş mütləq həmin rayondakı aptekdən dərman almalıdır, digər yerlərdəki apteklərə də gedə bilərlər. Lakin müəyyən olunmuş müddətdə öz yaşadığı yerinə qayıtmalıdır”, - o vurğulayıb.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et