Ethereum bu il Bitcoin-i keçəcək | Banco.az

Ethereum bu il Bitcoin-i keçəcək

Bitcoin Cash-in müdafiəçisi Rocer Ver BCH-nin gələcəkdə BTC-ni keçərək dünyanın ən qiymətli kriptovalyutası olacağını düşünür. Ancaq onun fikrincə, bundan əvvəl Ethereum Bitcoin-i keçəcək.

“Bitcoin-in İsası” ləqəbli Ver “The Independent”-ə verdiyi açıqlamada texnoloji olaraq daha üstün Ethereum və Bitcoin Cash kimi kriptovalyutaların Bitcoin-i dəyər baxımından geridə qoyacağını qeyd edib. Ver ETN-in ilin sonunadək, BCH-nin 2020-ci ilədək BTC-ni keçəcəyini də proqnozlaşdırır. Analitiklər bu proses üçün “Flippening” ifadəsini istifadə edirlər. “Flippening” bir coinin tərs çevirilməsi kimi tərcümə oluna bilər.

Rocer Ver proqnozunu Bitcoin-dəki zəif əməliyyat sürətləri və çoxlu sayda əməliyyatlarla əlaqələndirib. Bitcoin-dən sonra 1500-dən çox kriptovalyutanın yarandığını bildirən mütəxəssis onların Bitcoin-in məhdudlaşdırmalarına həll gətirməyə çalışdığını ifadə edib.

“Sahib olduğu iqtisadi kod BTC-ni dünyda fenomenal hala gətirib. Gələcəkdə bu formul BCH-də də işləyəcəyinə görə, onun istifadə, məşhurluq və bazar dəyəri baxımından BTC-ni keçəcəyinə əminəm”.

Ver keçən ay 2 dəfədən çox artan BCH-nin böyük investorların marağı səbəbiylə qarşıdakı həftə yenidən 2 dəfə arta biləcəyini bildirib.

Mütəxəssislərin heç də hamısı Verlə razılaşmır. Məsəən, “Skype”-ın COO-su Maykl Cekson Bitcoin-in bütün problemləri aradan qaldıracağını düşünür. Bitcoin-in miqyaslama problemi üçün bir çox üsulun sınaqdan keçirildiyini bildirən Cekson BTC-ni ən yaxşı kriptovalyuta hesab edir.

Digər tərəfdən, kriptovalyuta bazarlarında eniş yaşanır. Son 24 saat ərzində BTC 8400, ETH 700, BCH isə 1400 dollardan aşağı düşüb.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et