Enerjii böhranı Avropaya necə təsir göstərir? | Banco.az

Enerjii böhranı Avropaya necə təsir göstərir?

Müəllif - Aida İsaq, Banco.az

Rusiya enerji mənbələrindən imtina etmək Aİ-də enerji böhranına və hasilatın enerjinin daha ucuz olduğu ABŞ-a ötürülməsinə səbəb oldu.

Banco.az xəbər verir ki, enerji böhranı Almaniya sənayesinin əsas sektorlarına öz mənfi təsirlərini göstərməkdədir. İqtisadçıların araşdırmasına görə məlum olub ki, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada hər dörd şirkətindən biri istehsalı xaricə köçürməyi düşünür. Polad, avtomobil və kimya sənayeləri yüksək istehsal xərcləri səbəbindən böyük təzyiq altındadır.

Avropa istehsal yeri kimi qlobal rəqabət qabiliyyətini və cəlbediciliyini itirir. Araşdırmalara görə, qazın həddindən artıq yüksək qiymətləri Almaniya sənayesinə xüsusilə ağır zərbə vurub.

Enerji qarışığında nüvə və bərpa olunan enerjinin yüksək payı olan Fransa və İspaniyada istehsal xərcləri nisbətən artıb. Digər tərəfdən, Polşa və Almaniya kimi Rusiya neft və qazından çox asılı olan Aİ ölkələri güclü təzyiqə məruz qalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et