Müəllif - Aida İsaq, Banco.az
Bu ilin birinci rübündə enerji daşıyıcılarının qiymətlərinin artması fonunda Çexiyada qaz və elektrik enerjisi istehlakı azalıb.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Elektrik Enerjisi Tənzimləmə Təşkilatı məlumat yayıb. Beləliklə, Çexiya sakinləri qaz və elektrik enerjisi istehlakını müvafiq olaraq 13,3% və 5% azaldıblar.
Eyni zamanda, cari ilin mart ayının yekunlarına görə, respublikada qaz və elektrik enerjisinə qənaət səviyyəsi daha yüksək həddə çatıb. Yazın ilk ayında çex sakinləri 2017-ci ildən 2021-ci ilə qədər mart ayının orta göstəriciləri ilə müqayisədə qaz istehlakını 17,4%, elektrik enerjisi istehlakını isə 7% azaldıb.
Bizi sosial şəbəkələrdən izləyin!!