Enerji nəhəngləri “Chevron” ilə “Exxon Mobil”in mənfəətləri azalıb | Banco.az

Enerji nəhəngləri “Chevron” ilə “Exxon Mobil”in mənfəətləri azalıb

ABŞ-ın enerji şirkətləri olan "Chevron" və "ExxonMobil" 2025-ci ilin dördüncü rübü üçün maliyyə nəticələrini açıqlayıblar.

Banco.az xəbər verir ki, bu nəticələrə əsasən, hər iki şirkətin mənfəəti əvvəlki il ərzində əhəmiyyətli dərəcədə azalıb.

"Chevron" şirkətinin xalis mənfəəti ötən ilin son rübündə illik müqayisədə 14,5 faiz azalaraq 2,8 milyard dollara düşüb. Şirkət ötən ilin eyni dövründə 3,2 milyard dollar xalis mənfəət əldə edib. Eyni dövrdə səhm başına xalis mənfəət də 1,84 dollardan 1,39 dollara düşüb.

"Chevron" şirkətinin 2025-ci il ərzindəki ümumi mənfəəti illik müqayisədə 30,4 faiz azalaraq 12,3 milyard dollara düşüb. Şirkətin gəliri dördüncü rübdə illik müqayisədə 10,2 faiz azalaraq 46,9 milyard dollara düşüb, tam illik gəliri isə 6,8 faiz azalaraq 189 milyard dollara düşüb.

Oxşar mənzərə "ExxonMobil" şirkətində də yaranıb. Şirkətin xalis mənfəəti ötən ilin dördüncü rübündə illik müqayisədə 14,6 faiz azalaraq 6,5 milyard dollara düşüb. "ExxonMobil" ötən ilin eyni dövründə 7,6 milyard dollar mənfəət əldə edib.  Eyni dövrdə səhm başına xalis mənfəət də 1,72 dollardan 1,53 dollara düşüb.

"ExxonMobil" şirkətinin 2025-ci il üçün ümumi mənfəəti illik müqayisədə 14,4 faiz azalaraq 28,8 milyard dollara düşüb. Şirkətin gəliri dördüncü rübdə illik müqayisədə 1,3 faiz azalaraq 82,3 milyard dollara düşüb, tam illik gəlir isə 5 faiz azalaraq 332,2 milyard dollara düşüb.