Ən yaxşı pensiya sisteminə malik olan ölkələrin reytinqi açıqlanıb | Banco.az

Ən yaxşı pensiya sisteminə malik olan ölkələrin reytinqi açıqlanıb

"Mercer CFA" institutunun "Global Pension Index 2020" hesabatında dünyada ən yaxşı pensiya sisteminə malik olan ölkələri açıqlayıb. Reytinqdə 39 ölkə yer alıb.

2020-ci ildə dünyanın ən yaxşı pensiya sisteminə Niderland malikdir. Bu ölkənin indeksi ötənilki 81 bənddən 82,6 bəndə yüksəlib. İkinci yerdə qərarlaşan Danimarkanın isə builki indeksi 80,3-dən 81,4 bəndə qədər yüksəlib. Siyahının üçüncü yerinə isə İsrail (74,2 bənd) layiq görülüb.

Qeyd edək ki, reytinqin autsayderləri sırasında Türkiyə (42,7), Argentina (42,5) və Tailand (40,8) yer alıb. Bu ölkələr müvafiq olaraq reytinqin 37, 38 və 39-cu sıralarında qərarlaşıb.

"Global Pension Index 2020" reytinqinin TOP-10 ölkəsi:

#

Ölkə

İndeks

1

Niderland

82,6

2

Danimarka

81,4

3

İsrail

74,2

4

Avstraliya

74,2

5

Finlandiya

72,9

6

İsveç

71,2

7

Sinqapur

71,2

8

Norveç

71,2

9

Kanada

69,3

10

Yeni Zelandiya

68,3

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et