Ən punktual aviaşirkətlərin yeni reytinqi açıqlandı | Banco.az

Ən punktual aviaşirkətlərin yeni reytinqi açıqlandı

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin noyabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib etmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yaydığı məlumata görə, 5 aviaşirkət –  “Etihad Airways”, “Iraqi Airways”, “Lufthansa”, “Kuwait Airways” və “China Southern” Bakıdan uçarkən ən yüksək nəticəyə - 100% punktuallığa nail olmuşdurlar.

"Aeroflot", "UIA" (Ukrayna Beynəlxalq Hava Yolları), "İran Air", "flyNAS", "Uzbekistan Airways", "Belavia" və "Qatar Airways" planlaşdırılmış uçuşların ən azı 90% -i yerinə yetirilmişdirlər. “Nordwind” (88.9%) və “Turkish Airlines” (85.5%) aviaşirkətləri həmçinin yüksək nəticə göstərmişdirlər.

Ümumilikdə, 2019-cu ilin noyabr ayında Bakının hava limanından uçuşların 81% -i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ümumilikdə 2019-cu ilin noyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 50-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 30 sərnişin aviaşirkətinə xidmət göstərmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et