Daima gündəmdə qalmağa çalışan Banklar bundan ötrü müxtəlif kampaniya və aksiyalardan istifadə edir. Yayın gəlişi, istirahət və səyahət mövsümünün başlaması, həmçinin müxtəlif peşə və dövlət bayramları yeni bank kampaniyası üçün bəhanə ola bilər.
Ayın əvvəli olmasına baxmayaraq, banklarımız yeni kampaniyalara başlayıb. Həmçinin ötən ay başlayan kampaniyalardan bəzilərinin tətbiqi iyul ayının sonuna kimi davam edəcək.
