“Bank Technique” müştərilərinə “Qatar Airways” ilə uçuşlara endirimlərdən faydalanmağı təklif edir | Banco.az

“Bank Technique” müştərilərinə “Qatar Airways” ilə uçuşlara endirimlərdən faydalanmağı təklif edir

1 iyun-31 avqust 2014-cü il tarixlərində “Bank Technique” ASC-nin “MasterCard” və “Maestro” kart sahibləri “Qatar Airways” aviaşirkətinin uçuşlarına 10% endirimdən yararlana biləcəklər.

Bankın, “MasterCard” və “Qatar Airways” şirkətlərinin birgə endirim kampaniyası Bakıdan “Qatar Airways” ilə bütün istiqamətlərə (Doha və Tbilisi istisna olaraq) şamil edilir. Biletləri internet üzərindən, www.qatarairways.com/mastercard-az saytından “MasterCard” və ya “Maestro” kartlarından istifadə edərək əldə etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et