İnternet aludəçisi olduğunuzu düşünürsünüzsə, o halda əmin olun ki, siz tək deyilsiniz. Dünyada internetdən istifadənin artması ilə birlikdə internet aludəçisi olan insanların sayı da gün keçdikcə artır. İnternetə aludə olan 15 ölkə bəlli olarkən, liderliyi ABŞ ələ alıb.
Həmçinin oxu: İnternet həyatımızı nə vaxtdan zəbt edib?
Banco.az xarici mətbuata istinadla bildirir ki, “Ajans Press” dünyanın internetdən ən çox asılı olan ölkəsinin Amerika Birləşmiş Ştatları olduğunu açıqlayıb.
Amerikanı ardıcıllıqla Braziliya, Makao, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Honkonq, Səudiyyə Ərəbistanı, Birləşmiş Krallıq və Cənubi Koreya izləyir. Siyahıda qeyd edilən digər ölkələr isə Lüksemburq, Almaniya, Avstriya, Yaponiya və Danimarka olub.
Tamara Mustafayeva, Banco.az