Avropa statistika idarəsi (Eurostat) evdən çalışaraq işlərini həyata keçirənlərlə bağlı açıqlama verib. Belə ki, Avropa Birliyi vətəndaşlarının 5,2 faizinin işə getmək əvəzinə evdən işlədiyi məlum olub.
AB-yə üzv olan 27 ölkə arasında evdən işləyən işçilərin ən çox nisbətinə sahib olan ölkə Hollandiyadır. Vətəndaşların 14 faizi işlərini evdən idarə edir.
Hollandiyanı 13,3 faizlə Finlandiya, 11 faizlə Lüksemburq və 10 faizlə Avstriya izləyir. Ən aşağı nisbətin müşahidə edildiyi ölkə Bolqarıstandır. Bolqarıstanda vətəndaşların yalnız 0.3 faizi evdən işləyir.
Ruminiyada bu göstəricinin 0,4 faiz, Kiprdə (GKRY) 1,2 faiz, Xorvatiyada isə 1.4 faiz olduğu qeyd olunub.
Almaniyada vətəndaşların 5 faizi, Fransada 6,6, İtaliyada 3,6 və İspaniyada 4.3 faizi evdən işləyir.
AB-ni tərk edən İngiltərə vətəndaşlarının isə 4,4 faizi işlərini evdən həyata keçirib.
AB ölkələrində evdən işləmə nisbətində qadınlar orta hesabla 5.5 faiz təşkil etsə də, kişilər üçün bu göstərici 5 faiz olaraq müəyyənləşib.
Aida İsaq, Banco.az