Müəllif: Tamara Mustafayeva, Banco.az
Ən böyük 722 şirkətin illik mənfəəti 1 trilyon dollardan çox olub.
Banco.az xəbər verir ki, bütün dünya dolanışıq böhranı yaşadığı bir vaxtda dünyanın ən böyük 722 şirkəti artan qiymətlər və faiz dərəcələri səbəbindən ardıcıl ikinci ildir ki, 1 trilyon dollardan çox hədsiz mənfəət əldə edir.
Beynəlxalq xeyriyyə təşkilatı “Oxfam” və “ActionAid”in “Forbes” nəşrinin "Qlobal 2000" siyahısına əsaslanan təhlilinə görə, 722 şirkətin təsadüfi mənfəəti 2021-ci ildə 1,09 trilyon dollar təşkil edib ki, ötən il bu göstərici 1,1 trilyon dollar idi.
Bununla da, sözügedən şirkətlərin ümumi mənfəəti 2017-2020-ci illər dövrünün orta göstəricisi ilə müqayisədə 89 faiz artıb.
Şirkətlərin mənfəəti artdıqca 50 ölkədə 1 milyard işçi isə 2022-ci ildə 746 milyard dollar məbləğində əmək haqqı ixtisarı ilə üzləşib.
Bizi sosial şəbəkələrdən izləyin!!