Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlərindən istifadə bu tarixlərdə dayandırılacaq | Banco.az

Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlərindən istifadə bu tarixlərdə dayandırılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron informasiya resurslarında dayanıqlığın və keyfiyyətin artırılması məqsədilə 25 iyun (iş günü bitdikdən sonra) tarixindən başlayaraq 30 iyun tarixinə qədər profilaktik işlərin həyata keçirilməsi planlaşdırılır.

Bu barədə qurumdan məlumat verilib.

Bu səbəbdən göstərilən tarixlərdə informasiya resurslarından (alqı-satqı əməliyyatları və s) və “e-emlak.gov.az” portalında yerləşdirilmiş elektron xidmətlərdən istifadə mümkün olmayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram