Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinə əsasən apardığı araşdırmalar zamanı 2018-ci ildə işəgötürənlər tərəfindən işçilərə əmək haqqı və sosial xarakterli digər ödənişlərdən ibarət 149 667 manat (2017-ci illə müqayisədə 44,8 faiz çox) məbləğində vəsaitin ödənişinin gecikdirildiyini müəyyən edib. Müvafiq tədbirlər görülməklə həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.
Ötən il əmək müqavilələrinin sayı 91,3 min artıb.
Əmək qanunvericiliyinin tələblərinin pozulması faktlarına görə əvvəlki illə müqayisədə 3 dəfə çox olmaqla 1,3 mln. manat cərimə tətbiq edilib. İstehsalatda bədbəxt hadisələr nəticəsində həyatını itirənlərin sayı isə 13 faiz azalıb.
Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnamə layihəsi, Əmək Məcəlləsinə dəyişikliklər layihəsi hazırlanıb, əmək hüquqlarının təminatına dövlət nəzarətinin tətbiqi mexanizminin, e-protokol layihəsinin hazırlanmasına başlanıb.
marja