E. Rüstəmov "Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsi barədə məlumat verərək bildirib ki, sənəd bütün əmanətlərin qorunmasını nəzərdə tutur:
"Bu qanunda manatla əmanətlərə böyük üstünlük verir. Təbii ki, indi də manat və dollarla əmanətlərə banklar faiz tətbiq edirlər. Yeni faiz dərəcəsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası yeni qərarı olacaq. Əsas məsələ burada manata etimadın qorunması məsələsidir. Əmanətlərin tam sığortalanması haqında qanun layihəsi yeni qanun layihəsidir. Bu imkan verəcək ki, 6 milyondan çox əmanətçinin əmanətləri tam məbləğdə sığortalansın. Bu dövlət tərəfindən böyük bir qarantiyadır".
Ən sərfəli kredit üçün müraciət et
E. Rüstəmov bildirib ki, bank sektoru bütövlükdə sabitdir: "Bu ağır iqtisadi şəraitdə 1-2 bank çox zəiflik nümayişlik elətdirib. Onların ödəmə qabiliyyətində problem oldu. Amma bank sektorunda vəziyyət bütövlükdə sabitdir. Bu gün bank sektorunda kifayət qədər likvidlik var. Azərbaycanın bank sektorunda kapitalın adekvatlıq səviyyəsi 14%-dir. Düzdür, problemlər var, hər şeyi çəhrayı rəngdə təqdim etmək fikrində deyilik. Bu qanunlar imkan verir ki, iqtisadi sabitlik vəziyyəti daha da qorunsun".