Əmanətlərə nə qədər vergi tutulacaq? – İzah | Banco.az

Əmanətlərə nə qədər vergi tutulacaq? – İzah

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar ayının 1-dən etibarən qanunvericiliyə hər bir bankda milli valyutada olan əmanətlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək hissəsinin fiziki şəxslərin gəlir vergisindən azad edilməsi ilə bağlı dəyişiklik edilib. Digər hallarda, yəni aylıq faiz gəlirləri 200 manatdan çox olarsa, bu zaman faiz gəlirlərindən banklar tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulması nəzərdə tutulur. Bu, həm milli, həm də xarici valyutada olan faiz gəlirlərinə aid ediləcək.

Bu dəyişikliyi vətəndaşların daha aydın şəkildə başa düşməsi üçün misallarla izahını təqdim edirik:

Məsələn, vətəndaş banka 10%-lə 1 illik 20 000 manat depozit yerləşdirib.

Bankların ilin ilk ayına olan əmanət faizləri:

Bu zaman həmin vətəndaşın il sonunda depozit gəliri 2 000 manat (20 000 manat*10%/100%), aylıq gəliri isə təxminən 167 manat olacaq (2 000 manat/12 ay).

Bu isə deməkdir ki, vətəndaşın aylıq faiz gəliri qanunvericilikdə nəzərdə tutumuş məbləğdən (200 manat) azdır. Yəni vergidən azaddır.

Ən sərfəli kredit üçün müraciət et

Digər bir nümunəyə nəzər salaq:

Məsələn, vətəndaş banka 1 illik 10%-lə 30 000 manat əmanət yerləşdirib. Yenə eyni qayda ilə hesabladıqda vətəndaşın illik gəlirinin 3 000 manat, aylıq gəlirinin isə 250 manat olduğu məlum olur. Bu isə aylıq faiz gəliri üçün qanunvericilikdə nəzərdə tutumuş məbləğdən (200 manat) çoxdur. Bu halda vətəndaşın ödəyəcəyi vergi məbləğini tapmaq üçün 250 manatdan 200 manatı çıxırıq. Bu zaman alınan məbləğ  (50 manat) 10 faiz gəlir vergisinə cəlb edilir. Yəni həmin 50 manatdan (250-200=50, 50*10%/100%=5) 5 manat vergiyə ödənilir.

Onu da qeyd edək ki, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram