Manat əmanəti hansı banklarda daha sərfəlidir? - Yanvar 2024 | Banco.az

Manat əmanəti hansı banklarda daha sərfəlidir? - Yanvar 2024

Əmanət faizləri əmanətin məbləğindən asılı olaraq illik hesablanır. Faizləri aylıq və ya bir ilin sonunda götürmək mümkündür. Faizlərin aylıq ödənilməsi şərtində isə illik hesablanan faizlər aylara bölünərək müştəriyə təqdim olunur. Əmanət məbləğini isə yalnız bir ilin sonunda götürmək olar. Əgər müqavilə pozularsa, yəni müştəri əmanəti vaxtından əvvəl götürürərsə, həmin məbləğin bankda qalma müddətindən asılı olaraq faizlər yenidən hesablanır. Bu zaman daha aşağı faiz dərəcəsi tətbiq olunur və ya müştəriyə heç bir faiz ödənilmir. 

Banco.az-ın araşdırmasına görə, hazırda 12 aylıq müddət üzrə ən yüksək əmanət faizlərini "Bank BTB", "Bank VTB" və "Bank of Baku" və "TuranBank" təklif edir.

Qeyd edək ki, bu ilin yanvarın 1-dən etibarən fiziki şəxslərin hər bir bankda milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azad edilib. Həmçinin fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bankların bir il müddətinə manatla yerləşdirilən depozitlərə aylıq və müddətin sonunda təqdim etdiyi illik faiz dərəcələri ilə isə cədvəldən tanış ola bilərsiniz. 

Gülnar Əhmədli, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram