Əmanət göstəricilərinin region ölkələri ilə müqayisəsi | Banco.az

Əmanət göstəricilərinin region ölkələri ilə müqayisəsi

Baş vermiş son iqtisadi proseslər ölkə əhalisində qayğı və narahatlıq hissini artırsa da, banklara inamı azaltsa da, insanlar yenə də banklara müraciət edir və bank xidmətlərindən yararlanmağa çalışırlar. Bunlar isə olması vacib olan proseslərdir.

İkinci devalvasiyadan sonra, kreditlərin ödənişində yaranan problemlər əmanətlərin geri qaytarılmasında yaşanan problemlərə çevrildi.

Azərbaycan Mərkəzi bankının aprelin 1-nə açıqladığı məlumatlara əsasən deyə bilərik ki, ölkə ərazisində cəmi depozitlərin həcmi 23 121,6 mln. manat təşkil edib. Bu göstərici ötən ayla müqayisə 9% çoxdur, ilin əvvəli ilə müqayisədə isə 1% azdır.

Fiziki şəxslərin yerləşdirdiyi əmanətlərin həcmi isə aprel ayının 1-nə olan göstəricilərə əsasən 7 888,9 mln.manat təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə isə fiziki şəxslərin əmanətləri 1,38% artıb.

Banco.az saytı olaraq, əmanət göstəricilərinin qonşu ölkələrlə olan müqayisəsi araşdırdıq.

İlk növbədə ölkələr üzrə 1 ilə qədər olan əmanətlərə təyin edilən orta faiz göstəricilərinə nəzər saldıq.

Cari ilin aprel ayının 1-nə olan məlumatlara əsasən deyə bilərik ki, ən yüksək orta faiz göstəricisi Qazaxıstandadır. Ən aşağı göstərici isə Ölkəmizdə müşahidə olunur.

Cari dövrdə ölkələr üzrə cəmi depozitlərin həcmi ilə cədvəldən tanış ola bilərsiniz:

Ölkə Cəmi depozitlər
Azərbaycan 23,121,600,000 AZN
Türkiyə 1,251,343,735,000 TL
Rusiya 50,846,688,000,000 RUB
Gürcüstan 15,367,282,000 GEL
Qazaxıstan 6,753,308,000,000 KZT
Ermənistan 2,015,445,000,000 AMD

Azərbaycanda ötən ayla müqayisədə 9% artım, Türkiyədə 1% artım, Rusiyada 3% azalma, Gürcüstanda 3% azalma, Qazaxıstanda 3% azalma, Ermənistanda 1% artım müşahidə olunur. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, göstəricilər Ölkələrin mərkəzi banklarından götürülmüşdür və cari ilin aprel ayına açıqlanan göstəricilərdir.