Elmi təsdiqini tapmış iş stereotipləri: Şəxsiyyət karyeranı formalaşdırır | Banco.az

Elmi təsdiqini tapmış iş stereotipləri: Şəxsiyyət karyeranı formalaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Elmi təsdiqini tapmış iş stereotipləri: Şəxsiyyət karyeranı formalaşdırır.

Banco.az xəbər verir ki, şəxsiyyət xüsusiyyətləri ilə karyera seçimləri arasındakı əlaqəni tədqiq edən bir araşdırma bir çox peşələrə aid stereotiplərin elmi əsaslara malik olduğunu ortaya çıxarıb.

Şotlandiyanın Edinburq Universiteti və Estoniyanın Tartu Universitetinin tədqiqatçıları karyera seçimləri ilə şəxsiyyət xüsusiyyətləri arasında əlaqəni aşkar edən araşdırma aparıblar.

Təxminən 70 min insanı və 250-dən çox peşə qrupunu əhatə edən bu araşdırma göstərir ki, bir çox peşə ilə əlaqəli şəxsiyyət stereotipləri düşündüyümüzdən daha real ola bilər.

Beş böyük şəxsiyyət ölçüsü və karyera uyğunlaşması

“Böyük beşlik” kimi tanınan şəffaflıq, məsuliyyət, ekstraversiya, uyğunluq və emosional qeyri-sabitlik ölçüləri vasitəsilə şəxsiyyət xüsusiyyətlərini təhlil edən araşdırma gözlənilən bir çox əlaqəni təsdiqləyib.

Belə ki, yaradıcılığı yüksək olan insanlar yazı və dizayn kimi sənət sahələrinə diqqət yetirirsə, etibarlı və mütəşəkkil şəxsiyyət xüsusiyyətlərinə malik olan şəxslərin mühasibatlıq və ya inzibati vəzifələr tutma ehtimalı daha yüksəkdir. Ekstrovert fərdlərin sosial qarşılıqlı əlaqənin yüksək olduğu satış və ya ictimai əlaqələr kimi işlərdə uğur qazandığı, emosional qeyri-sabitliyi yüksək olan şəxslərin liderlikdən qaçdığı müşahidə edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Bəs stereotiplərdə hər hansı bir həqiqət varmı?

Araşdırmaya görə, menecerlər, satıcılar və daşınmaz əmlak agentləri daha aşağı uyğunluq ballarına malikdirlər ki, bu da sözügedən peşələrin mürəkkəb və bəzən ziddiyyət doğuran xarakterini əks etdirir. Digər tərəfdən, yüksək rəqabət hissi olan şəxslər ümumiyyətlə idarəçilik və ya hüquq sahəsinə meyl edir, hakimlər və yüksək səviyyəli dövlət qulluqçuları isə daha qətiyyətli şəxsiyyət xüsusiyyətlərinə malik olmaları ilə seçilirlər. Məlum olub ki, avtomobil sürücüləri və dini vəzifə daşıyan insanlar daha mühafizəkar şəxsiyyət xüsusiyyətlərinə malikdirlər.

Stereotiplər əslində hansısa bir mifə əsaslanmaya bilər

Araşdırma müəyyən şəxsiyyət xüsusiyyətlərinə malik insanların müəyyən peşələrdə niyə daha uğurlu və ya rahat olduqlarını anlamaq üçün işıq tutur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram