Elman Rüstəmov: İyunun ortasında uçot dərəcəsi azaldılacaq | Banco.az

Elman Rüstəmov: İyunun ortasında uçot dərəcəsi azaldılacaq

“Faiz dərəcələrində əsas trend inflyasiya gözləntiləri, onun dinamikasıdır. Ötən ilin 4 ayı ilə müqayisədə inflyasiya aşağıdır”.

Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

E.Rüstəmovun sözlərinə görə, may ayının monitorinqi inflyasiyanın azaldığını göstərir:

“Belə olan şəkildə, bütövlükdə faiz dərəcəsinin azaldılması, bir qədər yumşaldılması məsələsi aktuallaşır.

Ən sərfəli kredit üçün müraciət et

İyunun ortalarında Mərkəzi Bankın Komitəsinin iclası olacaq və o zaman bu, əsas müzakirə mövzusu olacaq”.

Qeyd edək ki, 14 sentyabr 2016-cı ildən etibarən Azərbaycanda uçot dərəcəsi 15%-dir.

Mənbə: Report.az