“Elektron ipoteka sistemi yalnız ipoteka kreditləşməsini deyil, sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verilməsi kimi elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasını nəzərdə tutur”.
Bunu Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan verdiyi açıqlamada vurğulayıb.
Açıqlamada o da bildirilib ki, iştirakçılara elektron sistemə inteqrasiya olunmuş informasiya sistemləri və ehtiyatlarından müvafiq sənədlər barədə informasiya əldə etmək imkanının yaradılması da planlaşdırılıb:
“Yeni sistem əhalinin, sahibkarlıq subyektlərinin, fondun əməkdaşlıq etdiyi müvəkkil təşkilatların təqdim edilən xidmətlərdən daha sürətli və səmərəli şəkildə istifadəsinə imkan verəcək”.
Ted.az