Elektrikli avtomobil satışları İyulda ilk dəfə azalıb | Banco.az

Elektrikli avtomobil satışları İyulda ilk dəfə azalıb

Qlobal elektrikli avtomobil satışları müasir tarixdə ilk dəfə İyul ayında Çinin subsidiyaları azaltmasının ardınca düşərək, hökumət yardımlarının inkişaf etməkdə olan bu bazardakı vacib rolunu göstərib.

Bazar araşdırma şirkəti "Sanford C. Bernstein"in Çərşənbə günü verdiyi açıqlamaya görə, İyun ayı ilə müqayisədə İyulda dünya üzrə aylıq elektrikli avtomobil satışları 14 faiz düşərək 128 minə enib. Satışlar Çin və Şimali Amerikada geriləyib, Avropada yüksəlib.

Ən böyük elektrikli avtomobil istehsalçısı və ən böyük bazara malik Çindəki artım sürəti, elektrikli avtomobillərə hökumət yardımlarının azalması və yavaşlayan iqtisadiyyatın istehlakçı seçimlərinə təsirilə aşağı düşür.  

Ən sərfəli kredit üçün müraciət et

"Sanford C. Bernstein"a görə, qlobal elektrikli avtomobil bazarı ilin ilk yeddi ayında 35 faiz artıb. Şirkətin proqnozlarına görə, il sonunda artım faizi 48-ə çataraq 2.4 milyon vasitədən 2.9 milyona yüksələcəkdir.

Bernstein, "İlin ikinci yarısında qısamüddətli zəiflik gözlənilməsinə baxmayaraq, uzun perspektivdə elektrikli avtomobil tələbinə müsbət baxırıq",- bildirib.

"Tesla Inc" İyul ayında 20 min avtomobil satışı ilə bazara rəhbərlik edib. Tesla-nın ardınca amerikalı milyarder Uorren Buffet tərəfindən dəstəklənən Çin şirkət "BYD Co." gəlir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et