Bu il Rusiya vətəndaşlarının real gəlirlərinin azalacağı gözlənilir.
Bu qənaətə Rusiya İqtisadi Məktəbinin, eləcə də Prezident yanında Milli İqtisadiyyat və Dövlət İdarəsi Akademiyası ekspertləri gəliblər.
Onların fikrincə, 2019-cu ildə əhalinin real gəlirlərinin artması üçün heç zəmin yoxdur. Əksinə, gəlirlərdə azalma baş verə, vətəndaşların alıcılıq qabiliyyəti aşağı düşə bilər.
Qeyd edək ki, 2013-2018-ci illərdə Rusiya vətəndaşlarının real gəlirləri 8,3% azalıb. Son 6 il ərzində bu göstərici yalnız ötən il - 0,1% artım nümayiş etdirib.
Report.az