EİA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişdi | Banco.az

EİA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişdi

ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) 2021-ci il üçün Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu dəyişib.

Bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook – December 2020” hesabatına istinadən xəbər verir.

EIA-ın yeni proqnozuna görə, gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 690 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu, daha əvvəlki proqnozdan 20 min barel azdır.

Bu proqnoz 2020-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 80 min barel və ya 10,4 % azdır. 2020-ci ilin dördüncü rübünün proqnoz göstəriciləri ilə müqayisədə isə bu rəqəm 10 min barel və ya 1,45 % çoxdur.

Agentliyin hesabatına əsasən, 2021-ci ilin ikinci rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunun 720 min barel olacağı gözlənilir. Bu, EIA-ın noyabr hesabatında verilən proqnozdan 10 min barel azdır. Bu proqnoz 2020-ci ilin ikinci rübü ilə müqayisədə 20 min barel və ya 2,9 % çoxdur.

Agentlik hesab edir ki, növbəti ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 730 min barel olacaq. Bu da daha əvvəlki proqnozdan 10 min barel azdır. Bu proqnoz 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 60 min barel və ya 9 % çoxdur.

Növbəti ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 740 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən noyabr ayında açıqlanan proqnozla eynidir. Bu proqnoz isə bu ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 60 min barel və ya 8,8 % çoxdur.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 720 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu da ötən ay açıqlanan proqnozdan 10 min barel və ya 1,37 % azdır.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram