Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 15%-dən çox artıb | Banco.az

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 15%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,2 faiz artaraq 7162,0 milyon manat olub. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5398,5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4 faizini təşkil edib. 

Cari ilin yanvar-avqust aylarında hər bir ölkə sakini orta hesabla 706 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 145,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram