Əhalinin yarıdan çoxunun bankda hesabı var | Banco.az

Əhalinin yarıdan çoxunun bankda hesabı var

Azərbaycanda bank sektorunun fəaliyyəti genişləndikcə, əhalinin bank xidmətlərinə olan marağı da artır və daha geniş xidmət şəbəkəsindən yararlanmağa başlayır. Insanlar isə daha çox banklara etibar etməyə başlayır. Bu səbəbdən də banklarda müştəri hesablarının sayı günbəgün artır. Müştəri hesabları dedikdə, cari və depozit hesabları nəzərdə tutulur.

Belə ki, şəxs öz vəsaitini heç bir faiz hesablanmadan qeyri-müəyyən müddətə bankda saxlaya bilər. Bu tip hesablar cari hesablar deyilir. Cari hesaba mədaxil və məxaric edilən məbləğə heç bir komissiya hesablanmır və şəxs istədiyi vaxt vəsaiti öz hesabından çəkə bilər. Lakin istisna hal kimi onu qeyd edə bilərik ki, bəzi hallarda banklar ötən ildən bankın cari hesabında qalan vəsaiti cari ildə çıxardıqda bankın tariflərinə uyğun komissyon haqq tutulur.

Depozit hesabları isə müddətli hesablar olub, üzərinə faiz işlənən hesablardır. Faizlər sadə və mürəkkəb faiz üsulu ilə hesablanmaqla yanaşı, həm də müddətindən asılı olaraq fərqlənir. Bu bankların depozitlər üzrə müəyyən etdiyi tariflərdən asılı olaraq dəyişir. Banklara depozit kimi qoyulan məbləğin dəyişdirilməsi mümkün olmasa da, müştərilərinə əmanət məbləğini artırmağa imkan verən banklar da var. Əksər hallarda şəxs banka depozit kimi qoyduğu vəsaiti vaxtı bitmədən götürdükdə, əsas məbləğin üzərinə işləmiş faizi əldə edə bilmir. Lakin bu halda da istisna banklar, depozit məbləğinin vaxtından əvvəl çəkilməsinə baxmayaraq müddətdən asılı olaraq faizlər üzrə ödəniş həyata keçirir.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda son 5 ildə banklarda açılan müştəri hesablarının həcmi əhəmiyyətli dərəcədə artmışdır. Aşağıdakı cədvəldə göstəricilərlə sizi tanış edirik:

İnsanların getdikcə bank xidmətlərindən daha çox yararlandığını statistik məlumatlar da təsdiqləyir. Belə ki, əgər 5 il bundan əvvəl əhalinin yalnız 21%-i (fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar) bank müştərisi idi. Hazırda isə əhalinin yarıdan çoxu bank müştərisidir və bankların müxtəlif xidmətlərindən yararlanırlar. Bu da bankların inkişaf sürətini göstərən amillərdən biridir. Bunun əsas səbəblərindən biri kimi bank kreditlərinin yüksək artım tempi, eləcə də əhalinin bank kartları və depozit xidmətlərindən yararlanmasıdır. 

Yuxarıdakı cədvəldə isə diqqətinizə cari və depozit hesablarının strukturunu təqdim edirik. Göründüyü kimi bank hesablarının tərkibində cari hesabların xüsusi çəkisi illər üzrə 96-98% arasında dəyişmişdir.