Banco.az saytı Mərkəzi Banka istinadən bildirir ki, əhalinin bankdakı əmanətləri 2 faiz azalaraq 7781,6 mln manata düşüb. Bu əmanətlərdən 2697 mln manatı milli valyuta 5084,6 mln manatı isə xarici valyuta yerləşdirilib. Ötən ilin son ayı ilə müqayisədə cəmi əmanətlərin həcmində 151,1 mln manat azalma qeydə alınıb. Milli valyutada olan əmanətlər 290,8 mln azaldığı halda, xarici valyutada olan əmanətlərin həcmi 139,7 mln artıb.
Qısamüddətli və uzunmüddətli əmanətlərin hər biri isə 2% azalıb.
Rezidentlərin yerləşdirdiyi əmanətlərin həcmi 6924,2 mln manat, qeyri - rezidentlərin əmanətləri isə 857,5 min manat olub.