Əhalinin bank sektoruna inamı bərpa olunacaqmı? (müsahibə) | Banco.az

Əhalinin bank sektoruna inamı bərpa olunacaqmı? (müsahibə)

İqtisadçı Rəşad Həsənov son dövrlər bank sektorunda gündəmdə olan məsələlərə aydınlıq gətirərək,"Banco.az"ın suallarını cavablandırıb.

Cari ilin əvvəlindən bəri əhalinin banklardakı əmanətləri azalmağa doğru gedir. Burada 3 vacib punktu qeyd etmək olar. 1. Dividentlərə vergi tətbiqi ki, bu ilk növbədə iri əmanətçilərə təsir etdi. 2. Manatın devalvasiyası - dollar əmanətləri manatla olan əmanətləri sıxışdırmağa başladı. Həmçinin manat qıtlığl AZN-lə olan əmanətlərin faizini yüksəltdi. 3. Zənnimcə 3-cü vacib məqam isə iki bankın bağlanmasıdır ki. Bu da əhalinin bank sektoruna inamını azaldır. İstərdim ki, hər bir punktla bağlı fikirlərinizi bildirəsiniz. Həmçinin kredit faizlərinin yuxarı həddinin 29%-kimi müəyyən olunması, depozit faizlərini aşağı salacaqmı? Əhaliyə bank əmanətlərinə alternativ ola biləcək, hansı maliyyə alətlərini və ya yatırımları tövsiyə etmək olar?

Təbii ki, əmanətlərin həcminin azalmasında hər üç səbəb mühüm rol oynayır. Lakin, əmanətin vergiyə cəlb olunma məsələsi sonradan MB-ın sığortalanan əmanətlərin faiz dərəcəsini 9-dan 12%-ə artırması ilə nisbətən unuduldu və yaxud da təsir gücünü itirdi. Paralel olaraq isə bəzi banklar hətta daha yüksək 14-14.5 əmanət faizləri təklif etməklə vətəndaşı təşviq etməyə başladı. Lakin, sonrakı proseslər daha effektiv təsir gücünə malik oldu. Fevral devalvasiyası insanları çaş-baş saldı. Banklar ciddi zərərlə üzləşib. Problem zaman keçdikcə daha da dərinləşir. Vətəndaş prosesləri izləyir.

Bir məsələni vurğulamaq istərdim ki, xüsusilə fevral devalvasiyası cəmiyyətin iqtisadi analizlərə, təhlillərə ehtiyacını və tələbini artırıb. İnsanlar növbəti devalvasiya, iqtisadi sarsıntı qorxusu ilə daha ehtiyyatlı davranmağa başlayıb. Beynəlxalq Bank problemi isə əmanətçilərdə ciddi etimadsızlıq yaradıb. Belə ki, bu qədər geniş dəstəyə və bazar payına sahib bir bankın bu qədər problemlərlə üzləşdiyini görən əmanətçilər baş verən proseslərdən digər daha kiçik bankların necə təsirlənəcəyini hesablamaqda çətinlik çəkir. Bu isə sonda əmanətlərin geri çəkilməsi prosesinə təkan verir və yeni əmanətlərin cəlbində çətinlik yaradır.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən isə manatın məzənnəsinə olan inamın böyük ölçüdə sarsılması valyutada təklif olunan əmanətlərin həcmini kəskin artırıb.

Son proseslər isə onu göstərir ki, xarici valyuta ilə kreditlərin verilməsi çətinləşib və banklar bu vəsaitləri yerləşdirməkdə çətinlik çəkirlər. Başqa sözlə bankların da bir çoxu hazırda xarici valyuta ilə əmanətlər cəlb etməkdə maraqlı deyil. Nəticədə manatla əmanətlərin faizləri artıb, xarici valyuta-dollarla olan əmnaətlərin faizləri isə kəskin azalıb ki, bu da əmanətin iqtisadi səmərəliliyini aşağı salıb, marağı azaldıb.

Son olaraq MB 2 bankın lisenziyasını ləğv etməklə bu sahədəki narahatlıqları daha da artırıb. Amma ilk növbədə onu qeyd etmək istərdim ki, Bank of Azərbaycanın ötən ilin əvvəllərindən etibarən likvidliyinin aşağı düşməsi, əmanətləri geri qaytara bilməməsi və Bank Technique-nin müştərirlərlə yaranmış problemləri ictimailəşməsi artıq əmanətçi inamını sarsıtmışdı 2 bankın bağlanması isə problemi daha da dərinləşdirdi. Və sektora ictiami inam kifayət qədər azalıb.

Lakin, bütün bunlarla yanaşı dördüncü məqamı göz ardı etmək olmaz. 2014-cü ilin son rübündən başlayaraq ölkə iqtisadiyatının daxil olduğu böhran. Nə qədər də rəsmi statistika iqtisadi böyümə, əhalinin gəlirlərində artım kimi göstəricilər açıqlasa da faktiki olaraq bunun əksi baş verib. Və bu gün real sektor ciddi sıxıntılarla üzləşib. Nəzərə alsaq ki, əksər hallarda əmanətlərin qaynağı biznes və məmur təbəqəsidir bu qütblərin hər ikisinin gəlirləri azalıb, əksər hallarda isə hətta cari xərclərin ödənilməsi üçün daha münasib maliyyə mənbəyi əvvəlki dövrlərdə banklara qoyulmuş əmanətlərin geri çəkilməsi olur. Bu isə son dövrlərdə əmanətlərin həcminin azalmasına təsir edəm digər mühüm faktor hesab edilir. O ki, qaldı kredit faizləri ilə bağlı tavanın tətbiq edilməsinə, təbii ki, bu hal manatla əmanətlərin son dövrlərdə artan fazi dərəcələrinə təsir göstərəcək və orta müddətli dövr üçün bu növ əmanətlərin faizlərində azalmalar müşahidə ediləcək.