Ekspert rəylərində ziddiyyət
Dolların devalvasiyası nəticəsində bazarda əmanət faizlərinin artdığı bir dövrdə əhalinin banklara yanaşması birmənalı deyil.
Əksər əmanətçilər əmanətlərinin vaxtından əvvəl çıxarırsa,yeni şərtlərlə əlaqədar bir sıra əmanətçilər yeni əmanətlərin yerləşdirilməsinə cəlb olunur.
Bəs belə bir iqtisadi şəraitdə əmanətlərimiz nə dərəcədə təhlükəsizlikdədir?
Ekspertləri belə mübahisə qarşısında qoyan bu mövzunu sizlər üçün banco.az araşdırır.
İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə ölkədə əmanət cəlb edən bütün banklar Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və valyuta növündən asılı olmayaraq 12%-ə qədər illik faiz dərəcəsi ilə yatırılan bütün əmanətlər sığortalanır, yəni dövlət tərəfindən zəmanət verilir.
Bu sistem dünyanın 100-dən çox ölkəsində tətbiq edilir və əhalinin bank sektoruna olan inamını artırmaq məqsədi daşıyır.
O həm də bildirir ki, hazırda bəzi banklarda uçot sistemi mükəmməl olmadığından əmanətçilərdə vəsaitlərin sığortasıyla bağlı şübhə yaradır.
Bununla əlaqədar Əmanətlərin Sığortalanması Fondunda,əmanət müqaviləsinin nömrəsini,əmanətçinin adını və soyadını daxil etməklə vəsaitlərin sığortasının vəziyyəti haqqda məlumat əldə edə biləcəkləri elektron bazasının yaradılması fikrini irəli sürür.
Digər bir iqtisadçı ekspert Əkrəm Həsənov isə bildirdi ki, əslində qanuna görə bizdə əmanətlər dövlət tərəfindən sığortalanmır və onlara dövlət tərəfindən zamanət verilmir.
Sığortalayan fonddur. Fondun da maliyyə mənbəti bankların hesabına formalaşır.
Həmin Fond müflis olsa, dövlət heç nəyə görə cavabdeh olmayacaq.
Deməli, son nəticədə dövlət əmanətlərə görə məsuliyyət daşımır.
Qeyd edək ki, Əmanətlərin sığortalanması haqqında AR-ın 3-cü maddəsinin 4-cü bəndinə əsasən :
Dövlət və Mərkəzi Bank Fondun öhdəlikləri üzrə, Fond isə dövlətin və Mərkəzi Bankın öhdəlikləri üzrə məsuliyyət daşımır.
Müəllif: Fidan Maqbet qızı