Edvard Snouden hakerlərdən kömək istədi: Təqib proqramlarını məhv edək! | Banco.az

Edvard Snouden hakerlərdən kömək istədi: Təqib proqramlarını məhv edək!

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden hakerlər konfransının iştirakçılarını dünya ölkələrində vətəndaşlara qarşı izləmə (təqib) proqramının tətbiqinə son qoyacaq texnologiyanın işlənib hazırlanması məqsədilə bütün səylərini səfərbər etməyə çağırıb.

Konfrans iştirakçılarına Moskvadan videobağlantı vasitəsilə müraciət edən Snouden bildirib ki, o, öz vaxtının böyük bir hissəsini sözügedən texnologiyanın hazırlanmasına və təkmilləşdirilməsinə sərf etməyə hazırdır. Bundan əlavə, o, insanlara anonim şəkildə ünsiyyət yaratmaq və öz mesajlarını şirfləmək imkanı verən vasitələrə ehtiyac duyulduğunu da xüsusilə vurğulayıb.

Snouden Amerika xüsusi xidmət orqanlarının internet və sosial şəbəkələr üzərində ümumi nəzarəti ələ keçirdiyini və sözügedən sahələri ciddi şəkildə təqib etdiyini mətbuata açıqladıqdan sonra artıq hamı tərəfindən tanınmağa başlamışdı. Vətənində isə o, casusluqda və dövlət əmlakını oğurlamaqda ittiham olunmuşdu. Bu iddia istənilən şəxsi 30 illik həbs cəzasına məhkum edəcək qədər ciddi bir iddiadır. O, ABŞ-ı tərk edərək ilk öncə Honkonqa, daha sonra isə Moskaya getmək məcburiyyətində qalmışdı. Moskvaya gələn keçmiş agent Rusiya hökumətindən siyasi sığınacaq istəmişdi. Rusiya hökumətinin qərarını gözləyərkən isə o, bir neçə həftəni Şeremetyevo hava limanının tranzit zonasında keçirmişdi. 2013-cü ilin 1 avqust tarixində isə ona Rusiya ərazində 1 il müddətində (müddətin uzadılması şərti ilə) siyasi sığınacaq hüququ verilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et