ƏDV üzrə ağır sanksiyaların tətbiqi onun iqtisadi mahiyyətinə ziddir | Banco.az

ƏDV üzrə ağır sanksiyaların tətbiqi onun iqtisadi mahiyyətinə ziddir

ƏDV-nin ödənilməsi gözləniləndən daha erkən əldə edildiyindən səhv dövrdə bəyan edilməsinə görə maliyyə sanksiyasının tətbiqinin ilk öncə iqtisadi əsası yoxdur.

Bu barədə Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azerbaijan") ölkə üzrə təqdim etdiyi növbəti "Ağ Sənəd"də deyilir.

Qeyd ilir ki, Azərbaycanda vergi ödəyicisi hesabatda göstərilən vergini azaltdığı və vergi ödəməkdən yayındığı təqdirdə azaldılmış və ya yayındırılmış vergi məbləğlərinin 50%-i miqdarında maliyyə sanksiyası tətbiq edilə bilər. Həmin sanksiya həm də ƏDV tutulan əməliyyatın əvvəlcədən vergi ödəyici tərəfindən bəyan edildiyi təqdirdə də tətbiq edilir.

Sənədə görə, bu prinsip ədalətli deyil və bütün vergilərin iqtisadi cəhətdən əsaslandırmasına ziddir.

"Qeyd olunan prinsiplərə əsasən, belə nəticəyə gəlmək mümkündür ki, biznes tərəfindən hesabat dövrü səhv göstərilmiş ƏDV üçün çox ağır maliyyə sanksiyalarının tətbiqi ƏDV-nin iqtisadi mahiyyəti ilə ziddiyət təşkil edir", - deyə sənəddən bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et