Əcnəbilərin Azərbaycanda bank kartları ilə xərcləmələri necə dəyişib? | Banco.az

Əcnəbilərin Azərbaycanda bank kartları ilə xərcləmələri necə dəyişib?

2020-ci ildə xarici vətəndaşlar Azərbaycanda bank kartları ilə 430,2 milyon manatlıq əməliyyat aparıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac icmalı"nın yanvar sayında məlumat verilir.

Məlumata görə, bu, 2019-cu illə müqayisədə 826,6 milyon manat və yaxud 65,8% çoxdur.

Ötən ilin dekabr ayında isə xaricilərin Azərbaycanda bank kartları ilə xərcləmələri 27,9 milyon manat təşkil edib. Bu isə əvvəlki ilin eyni dövrünə nisbətən 64,8 milyon manat və yaxud 69,9% azdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram