ECB rəsmisi inflyasiyanın düzgün qiymətləndirilmədiyini düşünür | Banco.az

ECB rəsmisi inflyasiyanın düzgün qiymətləndirilmədiyini düşünür

Müəllif: Tamara Mustafayeva, Banco.az

İzabel Şnabel risk bazarlarının inflyasiyanı lazımınca qiymətləndirmədiyini düşünür.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) İdarə Heyətinin üzvü İzabel Şnabel bildirib ki, hazırda investorlar inflyasiyanın davamlılığı ilə bağlı mövcud riskləri düzgün qiymətləndirmirlər, halbuki onu nəzarətdə saxlamaq üçün cavab tədbirləri görmək lazımdır.

Alman iqtisadçı bu barədə “Bloomberg” nəşrinə verdiyi müsahibə əsnasında danışıb.

O, cari qiymət təzyiqləri və əməkhaqqı artımındakı sürətlənməyə istinad edərək qeyd edib ki, “Biz hələ qələbə iddiasından olduqca uzağıq”.

Şnabel həmçinin vurğulayıb ki, iqtisadiyyatın faiz artımına reaksiyası əvvəlki dövrlərə nəzərən daha zəif ola bilər və əgər bu baş verərsə, daha sərt tədbirlər görməli olacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et