ECB monetar siyasətində sabitdir | Banco.az

ECB monetar siyasətində sabitdir

Avropa Mərkəzi Bankının (ECB) sabah keçirəcəyi növbəti iclasında mövcud monetar siyasətində dəyişiklik etməsi gözlənilmir. 

"Report"un analitik qrupu bildirir ki, iclasda ECB sədri Mario Draqinin monetar siyasətin gələcək perspektivləri barədə önəmli siqnallar verəcəyi ehtimal edilir.

ECB-nin qərarlarında dəyişiklik etməsi üçün inflyasiya göstəricisinin sürətlənməsinə diqqət etdiyi bildirilir. Amma inflyasiya aprel ayında 1,9%-dən mayda 1,4%-ə, iyunda isə 1,3%-ə gerilədiyindən sabahkı iclasda ECB-nin daha çox gözləmə mövqeyi sərgiləyəcəyi proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Mario Draqinin inflyasiya göstəricisində 4 əsas kriter müəyyən etdiyi bildirilir. Bunlardan birincisi inflyasiyanın 2%-ə yaxınlaşması, ikincisi bu səviyyədə cdayanıqlı qalması, üçüncüsü inflyasiyanın monetar ekspansiya olmadan bu səviyyələrdə sabitləşməsi və inflyasiyanın avrozonada hər hansı bir ölkə tərəfindən deyil bütün ölkələri əhatə etməsi amilləridir.

"Report"un analitik qrupu sabahkı iclasdan sonra avronun məzənnəsinin bir qədər zəifləyəcəyini və USD/EUR əsas valyuta cütlüyünün 1,15 səviyyəsindən aşağı enəcəyini proqnozlaşdırır.  

Ən sərfəli krediti almaq üçün müraciət et