Ticarətin yeni forması olan elektron ticarət müasir dövrdə geniş yayılmışdır. E‐ticarət mal və xidmətlərin kompüter texnologiyası, elektron rabitə kanalları və müvafiq texnologiyalardan istifadə edilərək alınıb satılmasıdır. Bu ticarətin rahatlığına görə istifadəçiləri də günü-gündən artmaqdadır. Təkcə bu il internet vasitəsilə alış-veriş edənlərin sayı 1.92 milyard olub. Onlayn alış-veriş edən amerikalıların 53%-i isə mobil telefonlar vasitəsilə bu prosesdə iştirak edirlər. Buna görə də, 2021-ci ildə e-ticarətin 72%-i mobil telefonlar vasitəsilə həyata keçiriləcəyi proqnozlaşdırılır.
Həmçinin bax: E-ticarətin üstünlükləri və mənfi cəhətləri
Onlayn alış-veriş zamanı sərf edilən pula görə dünya üzrə ilk yerdə Birləşmiş Krallıq durur. Bu ölkədə adambaşına 4201 dollar e-ticarət zamanı xərclənir. Növbəti daha çox onlayn alış-verişə pul xərcləyənlər ABŞ və Cənubi Koreyadır. TOP-10 ölkədən sonuncu yeri isə 1283 dollarla Almaniya tutur.
Həmçinin bax: Türkiyədən sifarişləri ən ucuz hansı şirkət gətirir? - Araşdırma
№ | Ölkə | E-ticarətdə adambaşına xərclənən pulun miqdarı |
#1 | Birləşmiş Krallıq | $4,201 |
#2 | ABŞ | $3,428 |
#3 | Cənubi Koreya | $2,591 |
#4 | Fransa | $1,946 |
#5 | Çin | $1,855 |
#6 | Avstraliya | $1,764 |
#7 | Kanada | $1,746 |
#8 | Yaponiya | $1,488 |
#9 | İsrail | $1,361 |
#10 | Almaniya | $1,283 |
Həmçinin bax: ABŞ-dan sifarişləri ən ucuz hansı şirkət gətirir? - Araşdırma
İndi isə gəlin baxaq, hansı ölkə bu ticarət növündə əmək haqqının nə qədər hissəsini xərcləyir. Adambaşına xərcin miqdarına görə 5-ci yerdə olan Çində əhali əmək haqqının 19%-ni bu ticarətdə xərcləyir. Əmək haqlarının çox hissəsini xərcləyən digər ölkə vətəndaşları meksikalılar və indoneziyalılardır. Bu onluqda əmək haqqının ən az hissəsini e-ticarətdə sərf edənlər kandalılardır ki, onlar yalnız qazanclarının 4.4%-ni xərcləyirlər.
№ | Ölkə | Onlayn alış-verişə əmək haqqının sərf edilən hissəsi |
#1 | Çin | 19.34% |
#2 | Meksika | 17.31% |
#3 | İndoneziya | 12.66% |
#4 | Birləşmiş Krallıq | 11.14% |
#5 | Hindistan | 10.63% |
#6 | Rusiya | 10.55% |
#7 | ABŞ | 7.63% |
#8 | Cənubi Koreya | 6.96% |
#10 | Kanada | 4.41% |
Tərlan Qəhrəmanova, Banco.az