Türkiyədən sifarişləri ən ucuz hansı şirkət gətirir? - Araşdırma | Banco.az

Türkiyədən sifarişləri ən ucuz hansı şirkət gətirir? - Araşdırma

Beynəlxalq əlaqələrin genişlənməsi və texnologiyanın inkişafı elektron ticarətin əhəmiyyətini artırmışdır. E-ticarət bizə məkanımızı tərk etmədən həm ölkə daxilində, həm də ölkə xaricində alış-veriş etmək imkanını verir. Lakin bəzən müştərilər ödənişlə bağlı bəzi problemlərlə qarşılaşır. Belə ki, onlayn ödəmə zamanı yerli bank kartları ilə ödəniş etmək mümkün olmur. Bu zaman yükdaşıma şirkətləri köməyimizə çatır. Bəs bu şirkətlər vasitəsilə necə məhsul sifariş vermək olar?

İlk öncə seçdiyiniz yükdaşıma şirkətinin saytına daxil olub qeydiyyatdan keçirsiniz. Yaradılmış şəxsi kabinetdə sifarişlər, bəyannamələr, xarici ünvanlar və balansınızı görə bilərsiniz. Balansı əvvəlcədən və ya sifariş verdiyiniz zaman pul yükləyə bilərsiniz. Şəxsi kabinetinizə girib “Sifariş et” (şirkətdən asılı olaraq ifadə fərqlənə bilər) klikləyirsiniz. Açılan səhifədə almaq istədiyiniz məhsul haqqında məlumatları (ölçüsü, rəngi, sayı, kodu, ölkə daxili daşıma xərci, qiymət, məzənnə) doldurur və həmin məhsulun saytının linkini qeyd edirsiniz. Sonda isə “Göndər” düyməsini basdıqdan sonra ödəməni təsdiqləyirsiniz. Sifarişiniz artıq qəbul olunmuşdur. Bundan sonrakı mərhələdə sifarişin təsdiqlənməsi, xarici anbarda olması, Bakıya yola düşməsi, Bakıdakı anbara çatması və sonda təhvil verilməsi ilə bağlı məlumatlar mobil telefonunuza, emailinizə və şəxsi kabinetinizdə bildiriş kimi gələcəkdir. Əgər sifariş verdiyiniz məhsul aldığınız şirkətdə sifariş təsdiqlənənədək tükənmişdirsə, yükdaşıma şirkəti tərəfindən sizinlə əlaqə saxlayaraq və ya yuxarıda qeyd etdiyimiz vasitələrlə məlumat göndərilir.

Bəs bu şirkətlərin daşınma şərtləri necədir? Ən sərfəli tariflər hansı şirkətlərdədir?

İnfoqrafik: Fuad Fərəcoğlu

Banco.az sizlər üçün ən çox onlayn sifarişlərin verildiyi Türkiyə üçün yerli yükdaşıma şirkətlərinin tariflərini və çatdırılma müddətini araşdırıb.

Həmçinin bax: ABŞ-dan sifarişləri ən ucuz hansı şirkət gətirir? – Araşdırma

Yükdaşıma şirkətləri Türkiyə Çatdırılma müddəti* Çatdırılma
0,5 kq-dək 0,5-1 kq (həftədə)
Camex 1,5-2,5 $ 3,45 $ 2 gün 3 dəfə
Starex** 1,5-2,5 $ 3,5-4,5 $ 3-5 gün 5 dəfə
AZEX 1,99-3,4 $ 3,99-4,99 $ 3-4 gün 2 dəfə
Limak 2-3 $ 4-4,5 $ 4 gün 2 dəfə
Tibiex 2-3,4 $ 4,9-5,9 $ 2-5 gün 3-5 dəfə
Colibri 2-4 $ 6 $ 2-3 gün 2 dəfə
Mover 2-4,1 $ 5-6,5 $ 3-5 gün 3 dəfə
Kargofly 2,5-3,5 $ 5,5 $ 4-6 gün 2 dəfə
Bringo 2,5-3,5 $ 4,5-6 $ 3-5 gün 5 dəfə
Expargo 3 $ 4 $ 4-7 gün 2 dəfə
Postalon 3,8 $ 5,8 $ 2 gün 1 dəfə

 

Ən sərfəli kredit üçün müraciət et

* Şirkətin Türkiyə anbarından Bakı anbarına çatma müddətidir.

** Qiymətlər avqustun 31-dək qüvvədədir.

Starex-də maye məhsulları üçün tariflər fərqlənir: çəkisi 0.5 kq-dək olan maye məhsullarının daşınma xərci 5-7 dollar, 0.5 kq-dan 1 kq-dək olan maye məhsullarının isə daşınma xərci 9-11 dollar arasında dəyişir.

 

Tərlan Qəhrəmanova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç