Düyü idxalına görə ölkədən çıxan valyuta artıb | Banco.az

Düyü idxalına görə ölkədən çıxan valyuta artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 15 milyon 303 min dollar dəyərində 14 min 421 ton düyü idxal edilib.

Banco.az bu barədə Dövlət Gömrük Komistəsinə istinadən xəbər verir.

Düyü idxalı 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə dəyər baxımından 1 milyon 346 min və ya 9,6% çox, miqdar ifadəsində isə 1,6 min ton və ya 10,1% azalıb. 

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəmizə 13 milyon 957 min dollar dəyərində 16 min 48 ton düyü idxal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram