Dünyanın nəhəng qaz hasilatçısının Çinə gündəlik tədarükü rekord səviyyəyə çatır | Banco.az

Dünyanın nəhəng qaz hasilatçısının Çinə gündəlik tədarükü rekord səviyyəyə çatır

Müəllif - Aida İsaq, Banco.az

Rusiyanın nəhəng şirkəti və dünyanın ən böyük təbii qaz hasilatçısı “Qazprom” Çinə gündəlik tədarüklər üzrə yeni rekorda imza atacaq.

Banco.az xəbər verir ki, bunu şirkətin rəhbəri Aleksey Miller dekabrın 28-də yeni il öncəsi keçirilən konfrans zamanı çıxışında bildirib. Onun sözlərinə görə, enerji şirkətinin Çin istiqamətində reallaşdırdığı gündəlik həcm müqavilə öhdəliklərini aşıb. O, müvafiq həddin 18,7% olduğunu qeyd edərək, bunun rekord nəticə olduğunu vurğulayıb.

Qeyd edək ki, Aleksey Miller bundan öncə Moskva və Ankaranın qaz qovşağı layihəsində işlərin icrasına başladığını bildirmişdi. Şirkət rəhbərinin sözlərinə görə, müvafiq qaz qovşağını təbii qaz bazarında qiymətlərin “şəffaf və ədalətli” olmasını təmin edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram