Dünyanın ikinci böyük iqtisadiyyatı yavaşlamaqda davam edib | Banco.az

Dünyanın ikinci böyük iqtisadiyyatı yavaşlamaqda davam edib

Çinin üçüncü rübdə iqtisadiyyatı gözləntiləri qarşılamayaraq 6 faiz artıb. İqtisadi artımın sürəti 6,2 faizdən 6 faizə düşüb.

Çinin iqtisadi artımı üçüncü rübdə daxili zəif tələbat və ticarət müharibəsinin ixracı zəiflətməsi ilə yavaşlayıb.

Çinin ümumi daxili məhsulu illik müqayisədə İyun-Sentyabr dövründə 6 faiz artıb. Proqnoz 6.1 faiz idi. 

2019-cu ilin 2-ci rübündə Çin iqtisadiyyatı 6,2 faiz artmışdı.

Sənaye istehsalı Sentyabrda 5.8 faiz, pərakəndə satışlar isə 7.8 faiz artıb.

İnvestisiyalar ilin ilk doqquz ayında 5.4 faiz yüksəlib. Gözlənti 5.5 faiz artm olacağı istiqamətində idi.

Çin hökuməti 2019-cu ildə 6-6.5 faizlik iqtisadi artım hədəfləyir.

Ticarət müharibəsindən öncə, 2018-ci ilin ilk rübündə, Çin iqtisadiyyatı 6,8% artmışdı.

İnvestorlar gələn ay ABŞ Prezidenti Donald Tramp və Çin sədri Xi Jinping arasında imzalanacağı bildirilən ticarət razılaşmasına fokuslansalar da, ticarət gərginliyinə dair qeyri-müəyyən siqnallar gəlməyə davam edir. Çin tərəfindəm öhdəlik götürdüyü bildirilən kənd təsərrüfatı məhsulu alışlarının miqdarına dair, ABŞ tərəfindən isə 15 Dekabrda qüvvəyə minəcəyi gözlənilən əlavə gömrük vergilərinə dair dəqiq açıqlamaların verilməməsi qeyri-müəyyənliyi dərinləşdirir.

Marja