"Deutsche Bank" dünya valyutalarının məzənnələrinin real dəyərinə uyğunluğu baxımdan icmalını dərc edib.
İcmalda əhatə edilən 31 valyutanın 10-nun “güclənmiş”, qalan 21-nin isə “zəifləmiş” olduğu üzə çıxıb.
“Güclənmiş” valyutaların Top-5-nə Çex Respublikası kronası, Koreya Respublikası vonu, Tailand batı, ABŞ dolları və İsveçrə frankı daxildir. Bunlardan ABŞ dolları real dəyərindən 7 faiz baha alınıb-satılır.
Report.az