Dünyanın ən məhşur biznes jurnalı olan “Forbes”in sonuncu nəşrində informasiya və yüksək texnologiyalar sahəsində 2015-ci ilin ən uğurlu sahibkarlarının reytinqi dərc edilib.
Banco.az portalının Forbes agentliyinə istinadən verdiyi məlumata görə, siyahıya amerikalı biznes maqnatı, filantrop, "Microsoft" şirkətinin yaradıcısı Bil Qeyts başçılıq edir. Onun 79.6 milyard dollara sahib olduğu bildirilir.
İkinci pillədə "Oracle" şirkətinin sahibi Larri Ellison qərarlaşıb (50 milyard dollar).
Üçlüyü "Amazon" portalının hissə sənədlərinin 90 faizinə sahib olan Ceff Bezos (47.8 milyard dollar) tamamlayır.
"Onluğa" "Facebook"un qurucusu Mark Zukeberq (41.2 milyard dollar), "Google" şirkətinin təsisçisi Larri Peyc (33.4 milyard dollar) və "Apple" şirkətinin mərhum qurucusu Stiv Cobs-un həyat yoldaşı - Loren Pauell-in (21.4 milyard dollar) adları da daxil edilib.
1. Bill Qeyts
Sərvət: $79,2 milyard
2. Larri Elison
Sərvət: $54,3 milyard
3. Ceff Bezos
Sərvət: $34,8 milyard
4. Mark Tsukerberq
Sərvət: $33,4 milyard
5. Larri Peyc
Sərvət: $29,7 milyard
6. Segey Brin (Google-un həm təsisçisi)
Sərvəti $29,2 milyard
7. Cek Ma (Alibaba Group-un yaradıcısı)
Sərvət: $22,7 milyard
8. Stiv Balmer ( 2014-cü ildə Microsoftdan istefa etmiş, keçmiş CEO)
Sərvət: $21,5 milyard
9. Loren Pauell Cobs
Sərvət: $19,5 milyard
10. Mayk Dell (Dell Şirkətinin əfsanəvi təsisedicisi)
Sərvət: $19,2 milyard)