Dünyanın ən yaxşı restoranları (foto) | Banco.az

Dünyanın ən yaxşı restoranları (foto)

Hər il Britaniyanın Restaurant Magazine nəşriyyatı dünyanın ən yaxşı restoranlarının siyahısını dərc edir. Qiymətləndirmə meyarları kimi kulinar tənqidçilərin rəyləri, ən yaxşı aşpazların və qurmanların (yemək həvəskarlarının) fikirləri nəzərə alınır. 2014-cü ildə dünyanın 50 ən yaxşı restoranlarının siyahında Danimarkanın Noma restoranı başçılıq edib.

1. Restoranın adı: Noma

Yerləşdiyi məkan: Kopenhagen, Danimarka, liman ərazisinə yaxın

İnteryer (daxili tərtibat): klassik üslub, xüsusi dəbdəbədən uzaq

Baş aşpaz: Rene Redzeli. O, restoranın bütün əsas menyusunu özü müstəqil hazırlayıb.

Menyu: molekulyar mətbəx, əsa özəyini şimal delikatesləri təşkil edir. Yeməkləri qonaqların gözü qarşısında hazırlayırlar.

Öncədən rezerv etmə: adətən dünyanın ən yaxşı restoranında bütün masalar üç ay öncədən sifariş edilir. Əgər sifarişçi gəlib çıxmırsa, onun bank hesabından 100 avro çıxılır.

Çeklər üzrə orta qiymət: 300 avro.

2. Restoranın adı: El Celler de Can Roca

Yerləşdiyi məkan: Jirona, İspaniya

Ən sərfəli kredit üçün müraciət et

İnteryer: məkan güzgü və şüşə elementlərlə bəzədilib. Işıqlı cihazların bolluğu insanda yüngüllük hissi oyadır. Restoranın əhatəsində üç bağ vardır. Əsas zal üçbucaq formasında salınıb.

Təsisçilər: Roka qardaşları

Menyu: üç versiyada (dequstasiya üçün, geniş menyu və menu a la carta)

Öncədən rezerv etmə: yaxşı olar ki, masanı  bir neçə ay öncədən sifariş edəsiniz.

Çeklər üzrə orta qiymət: seçilmiş menyudan asılı olur ( 115 və 300 avro arasında dəyişir)

3. Restoranın adı: Osteria Francescana

Yerləşdiyi məkan: Modena, İtaliya.müəssisənin giriş qapısı olduqca sadədir. Buranı tanımayan insan sadəcə yanından məhəl qoymadan ötüb keçmir, kulinar incəliklərə bələd olan insanlar isə əminliklə demək olar ki, 2014-cü ilin ən yaxşı restoranın menyular yazılmış lövhəsinə laqeyd qala bilməyəcək.

İnteryer:Ağ divarlar məşhurların rəsmləri ilə bəzədilib, dairəvi stolların üzərində də isə qara daşlar və zanbaq gülləri vardır

 Baş aşpaz:  Massimo Bottura, aşpazlar arasında keçirlərn müsabiqələrdə dəfələrlə qalib olub

Menyu: Bir çox qonaqlar aşpazların seçiminə etibar edir. Restoranın şah əsəri; buxarda hazırlanmış yumurta ilə qara kürdü, badamlı fua qra.

Öncədən rezerv etmə: bir neçə ay öncədən

Çeklər üzrə orta qiymət: 150 avro

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et