Tamara Mustafayeva, Banco.az
Interbrand "Ən Yaxşı Qlobal Markalar 2020" siyahısına əsasən ən yaxşı fəaliyyət tempinə sahib olan markalar müəyyən edilib.
Koronavirus səbəbilə elan edilən karantin əsnasında ən böyük yüksəlişə nail olan markalar Amazon, Spotify və Netflix olub. Sosial media platformalarından olan Instagram 19-cu, YouTube 30-cu, Zoom isə 100-cü sıradan siyahıya daxil olub. Tesla 12.785 milyon dollarlıq marka dəyəri ilə 2017-ci ildən sonra yenidən 40-cı sıradan siyahıya daxil olmağa müvəffəq olub.
Media şirkətləri də pandemiya dövründə yüksəlişə imza atan markaların sırasına qoşulublar. 52%-lik artımla marka dəyərini 8.389 milyard dollara çatdıran Spotify şirkəti siyahıya 70-ci sıradan giriş edib. 41% artımla marka dəyərini 12.665 milyard dollara çatdıran Netflix isə siyahının 41-ci pilləsində qərarlaşıb.
Marka dəyərini 60% artıraraq 200.667 milyard dollara çatdıran Amazon firması siyahının ikinci pilləsində yer alıb. Apple zirvədəki yerini qoruyub saxlayarkən Microsoft firması isə 166.001 milyard dollarlıq marka dəyəri ilə 3-cu pillədə qərarlaşmaqla Google şirkətini geridə qoymağa nail olub. Google 2012-ci ildən bəri ilk dəfə ilk üçlükdə özünə yer tapa bilməyib. Samsung isə 62.280 milyard dollar ilə 5-ci sırada qərarlaşaraq ilk dəfə ilk beşliyə daxil olub.
Siyahının ilk onluğunun digər pillələrində isə sıra ilə Coca-Cola (56.894 milyard dollar), Toyota (21.595 milyard dollar), Mercedes-Benz (49.268 milyard dollar), McDonald`s (42.816 milyard dollar) və Disney (40.773 milyard dollar) yer alıb. Bu il ilk on marka siyahının yekun dəyərinin 50%-ni təşkil edir.
Həmçinin oxu: Bu tanınmış marka 2020-ci ildə təxirə salınan planlarımızı ölümsüzləşdirir
Bizi sosial şəbəkələrdən izləyin!!