ABŞ prezidenti Donald Trampın idxal rüsumlarının artırılmasını 90 gün təxirə salmaq qərarından sonra səhmlərin bahalaşmasından ən çox pulu İlon Mask qazanıb.
Banco.az xəbər verir ki, dünyanın ən zəngin insanlarının sərvəti rekord məbləğdə 304 milyard dollar artıb.
Teslanın səhmlərinin qiyməti 23% artdıqdan sonra onun xalis sərvəti 36 milyard dollar artıb. “Meta” korporasiyasının rəhbəri Mark Zukerberqin sərvəti 26 milyard dollar, “Nvidia” texnologiya şirkətinin rəhbəri Censen Huanqın sərvəti isə 15,5 milyard dollar artıb. Dünyanın ən varlı adamlarının ümumi sərvəti 304 milyard dollar artaraq Milyarderlər İndeksi tarixində ən böyük artım olub. Əvvəlki rekord 233 dollar olmaqla, 2022-ci ilin martında ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsini artırdıqdan sonra müəyyən edilib.